“İnter” Eriksenlə vidalaşdı

İtaliyanın “İnter” klubu futbolçusu Kristian Eriksenlə yollarını ayırıb.

Gununsesi.info xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat yayıb.

HTML tutorial

Danimarkalı yarımmüdafiəçinin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, iyunun 12-də Danimarkanın Finlandiyaya 0:1 hesabı ilə uduzduğu Avropa çempionatının qrup mərhələsinin I tur oyunu zamanı Kristian Eriksenin ürəyi tutub. Bundan sonra təcrübəli yarımmüdafiəçinin ürəyində kardioverter-defibrillyator quraşdırılıb. O vaxtdan Eriksen rəsmi matçlarda bir daha meydana çıxmayıb. Onun “İnter”lə müqaviləsi 2024-cü ilədək qüvvədədir.

Gununsesi.info