İtaliyanın “İnter” kollektivi kapitan Lautaro Martinezlə başa çatan müqavilə müddətini yeniləyib.
Gununsesi.info klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, hücumçu daha 5 il Milan təmsilçisinin formasını geyinəcək.
26 yaşlı argentinalı hücumçu 2018-ci ildən “İnter”də çıxış edir. O, bu müddət ərzində 282 matçda 123 qol vurub.
L.Martinez Argentina yığmasının heyətində 2022-ci il dünya çempionatının qalibi olub.
Gununsesi.info