
Azərbaycan Premyer Liqasının III turunda keçiriləcək daha bir oyunun başlanma saatı açıqlanıb.
Gununsesi.info Apasport.az-a istinadən xəbər verir ki, “Zirə” – “Sumqayıt” matçının ardınca, “İnter” – “Səbail” görüşünün də nə vaxt start götürəcəyi müəyyənləşib.
Avqustun 25-də keçiriləcək qarşılaşma saat 18:00-da başlanacaq. Bu barədə “Səbail”in feysbuk səhifəsi məlumat yayıb.
Qeyd edək ki, “İnter” – “Səbail” oyunu “İnter Arena”da keçiriləcək.
Gunnunsesi.info