“İnter”də baş məşqçi dəyişikliyi

  • By admin
  • 08 Avqust 2016 15:49

inter 1

 

İtaliyanın “İnter” klubu yeni baş məşqçisini tapıb.

Gununsesi.info-nun məlumatına görə, komandaya holandiyalı çalışdırıcı Frank de Bur rəhbərlik edəcək.

 

Artıq tərəflərin bir-biriylə anlaşdığı yazılıb. Müqavilə müddətinin 3 il olacağı bildirilir.

 

Qeyd edək ki, italiyalı mütəxəssis Roberto Mançini “İnter”in yoldaşlıq görüşündə İngiltərə “Tottenhem”inə 1:6 hesablı məğlubiyyətdən sonra komandadan göndərilib.

 

Gununsesi.info