![](https://www.gununsesi.info/wp-content/uploads/2017/08/87391-250x200.jpg)
“Beşiktaş” növbəti transferini həyata keçirib.
Qol.az-ın “NTV Spor”a istinadən yaydığı xəbərə görə, İstanbul klubu İtaliya “İnter”inin müdafiəçisi Qari Medeli heyətinə cəlb edib. Onunla 3 illik müqavilə imzalanacaq. 30 yaşlı oyunçu yeni klubunda ilinə 2 milyon 300 min avro maaş alacaq.
Qeyd edək ki, Q.Medelin sabah “Beşiktaş”da tibbi müayinədən keçəcəyi gözlənilir.
Gununsesi.info