“İnter”in oyununda qalmaqal – Komanda yoldaşları meydanda dalaşdı -VİDEO

“İnter”in futbolçuları Romelu Lukaku və Nikola Barella İtaliya A seriyasının 20-ci turunun “Sampdoriya” ilə oyununda (0:0) dalaşıblar.

Gununsesi.info xəbər verir ki, hadisə matçın 38-ci dəqiqəsində baş verib. Uğursuz hücumdan sonra Barellanın əlini yelləməsi belçikalı hücumçunun xoşuna gəlməyib. Komanda yoldaşının üstünə qışqıran Lukaku barmağı ilə onu hədələyən jest göstərib: “Belə eləmə, bəsdir, əlini yellədin. Eləmə bunu. Bu yaxşı deyil, təhqiredicidir”.

Bu zaman Barella forvarda cavab qaytarıb. Lukaku isə daha kəskin formada – təhqirlə cavab verib: “Get … buradan, it oğlu, it”.

“İnter”in baş məşqçisi Simone İnzaqi futbolçularının davranışından narazı qalıb:

“Meydanda bəzən belə halar baş verir. Bu, əslində baş verməməlidir, mənim də xoşuma gəlmir belə şeyləri görmək. Lakin fasilədə bir yerdə oturmuşdular, onlar dostdurlar. Belə münqaişələri görmək istəmirəm”.

Heybət

Gununsesi.info