Martın 21-dən 26-dək respublikanın regionlarında yerləşən dövlət uşaq müəssisələrinin şagirdləri üçün Bakı şəhərinə ekskursiyaların təşkili planlaşdırılır.
Təhsil Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, məqsəd şagirdlərin yaz tətillərini səmərəli təşkil etmək, onları mədəni-tarixi abidələr və muzeylərlə tanış olmalarına şərait yaratmaqdır.
Tətil müddətində regionlardakı müəssisələrdən gələn şagirdlər Bakı şəhərində fəaliyyət göstərən internat məktəblərində qonaq olacaqlar.
Şəhidlər Xiyabanı, Azərbaycan Xalça Muzeyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu (Qız qalası, Şirvanşahlar sarayı), Qala Dövlət Tarix Etnoqrafiya qoruğu, Dövlət Bayraq Meydanı və Azərbaycan Milli İncəsənət Muzeyində və digər tarixi yerlərə təşkil ediləcək ekskursiyalarda regionlardan gələn şagirdlərlə yanaşı, ev sahibliyi edəcək internat məktəblərinin şagirdləri də iştirak edəcəkdir.
Bundan başqa Bakı şəhərində yerləşən müəssisələrdə şagirdlər üçün əyləncəli proqramların təşkili də nəzərdə tutulub.
Anar
Gununsesi.info