“İnternational Medical Centre” barəsində məhkəmə iddiası qaldırılıb

  • By admin
  • 22 Fevral 2023 19:09

Bakıda fəaliyyət göstərən “İnternational Medical Centre” barəsində məhkəmə iddiası qaldırılıb.

Gununsesi.info xəbər verir ki, klinika İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinin tələblərini pozub.

Belə ki, tibb mərkəzində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyəti həyata keçirilib.

Klinika barəsində tərtib olunmuş cərimə protokolu Səbail Rayon Məhkəməsinə göndərilib. İş hakim Ülviyyə Şükürovanın icraatına verilib. Məhkəmə iddianı təmin edərsə, tibb mərkəzini 6 mindən 8 min manatadək məbləğdə cərimə gözləyir.

Gununsesi.info