İnternetə “İphone 8” smartfonu haqda məlumat sızdırılıb

  • By admin
  • 14 Aprel 2017 20:47

ipone 8

Displeyə inteqrasiya edilmiş “Touch ID” barmaq izi skaneri “iPhone 8” smartfonunda əsas özəlliklərdən biri olacaq. Amma son zamanlar gəzən şayiələrə görə, “Apple” korporasiyası barmaq izi skanerinin displeyə inteqrasiyasında çətinliklərlə üzləşib.

Gununsesi.info “ICTnews”a istinadən xəbər verir ki, “iDropNews” nəşri “Foxconn” zavodundakı mənbəyə istinadən “Apple”in qabaqcıl smartfonu haqda bəzi məlumatlar paylaşıb. Məlumata görə, hazırda şirkət “iPhone 8” smartfonunun iki prototipini sınaqdan keçirir: prototiplərdən birində barmaq izi skaneri ön paneldə, digərində arxa paneldə qurulub. Böyük ehtimalla smartfonun displeyinə inteqrasiya edilmiş “Touch ID” barmaq izi skanerinə malik model seçiləcək.

Cihaz 4 mm qalınlığında çərçivəyə malik  5,8 düymlük “OLED” displeylə təchiz ediləcək və aparatın korpusu “iPhone 7”-nin ölçüsünə uyğundur. Bundan başqa, həm ön, həm də arxa panellər 2.5D effektinə malik şüşə örtüklə təchiz ediləcək. Həmçinin “iPhone 8” smartfonunda simsiz enerjidoldurma dəstəyi haqda informasiya təsdiqlənib.

Ön kamera “görünməz” olacaq ki, bu da çərçivəsiz smartfonun dizaynına uyğundur.

Gununsesi.info