
Həyat yoldaşımla ayrıldıqdan sonra kimsənin həyatıma girməsinə razı olmadım.
Gununsesi.info-nun xəbərinə görə, bunu ünlü model və aparıcı Çağla Şikel deyib.
O, bildirib ki, övladları onun üçün həyatda hər şeydir.
“Ona görə ayrıldıqdan sonra özümü övladlarıma həsr etdim”-deyə, ünlü model bildirib.
Ç. Şikel hazırda özünün həm də “YOUTUBE” kanalı olduğunu və həftədə 2-3 video yerləşdirdiyini bildirib.
Eyni zamanda sözlərinə əlavə edib ki, internet kraliçası olmaq istəyir.
Kamil HƏMZƏOĞLU
Gununsesi.info