
Millət vəkili internet resurslarında, sosial şəbəkələrdə Azərbaycanın tarixi şəxsiyyətləri təhqir edənlərin də cinayət məsuliyyətinə cəlb olunmasını təklif edir.
Gununsesi.info xəbər verir ki, bu fikri millət vəkili Məlahət İbrahimqızı Milli Məclisin Hüquq siyasəti və dövlət qruculuğu komitəsinin iclasında Cinayət Məcəlləsində internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir edənlərin cərimələnməsi və ya azadlıqdan məhrum edilmə ilə bağlı nəzərdə tutulan dəyişikliklərin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, bu gün biz təkcə ölkə başçısı, millət vəkilləri, ictimai aktiv insanların təhqir olunması,aşağılanmasının şahidi olmuruq, eyni zamanda Azərbaycanın dünyadan köçmüş tarixi şəxsiyyətlərinin, ziyalılarının, elm adamları, şairləri və digər yaradıcılarının təhqir olunması və aşağılanması ilə bağlı sosial şəbəkələrdə yetərincə materiallara rast gəlirik. “Onlar haqqına həqiqətəuyğun olmayan hədyanlar yazılır. Ona görə də hesab edirəm ki, milli-mənəvi dəyərlərimizin qorunması və tariximizə hörmət baxımından biz, qanunvericiliyə dəyişiklik etməliyik. Milli-mənəvi dəyərlər sisteminin oturuşmsında rolu olan insanları təhqir edən insanların də məsuliyyətə cəlb olunması ilə bağlı qanunvericiliyə dəyişiklik etməliyik və bu yolla biz tarixi şəsxiyyətlərimizin təhqir olunmasının qarşısını almalıyıq. Tarixi şəxsiyyətlər barəsində hədyan yazanlar da, cəzalandırılsın”- deyə, millət vəkili vurğulayıb.
Mürtəza
Gununsesi.info