İnternetdən sifariş edərkən diqqətli olun: Arıqlama dərmanı alan qadın ölümdən döndü

  • By admin
  • 30 Dekabr 2023 09:43

45 yaşlı britaniyalı qadın Mişel Svord internetdən aldığı arıqladıcı iynəni özünə vurduqdan sonra xəstələnərək uşaqlarının gözü qarşısında yıxılıb.

Gununsesi.info xəbər verir ki, uşaqlarının xəbər verdiyi tibb işçiləri tərəfindən xəstəxanaya aparıldıqdan sonra Sowrdun bütün daxili orqanları çöküb. Həkimlər Svordun ölmədiyi üçün çox şanslı olduğunu söyləyib.

Əvvəllər aptekdən aldığı dərmanı 3 ildir istifadə etdiyini, lakin heç bir problemi olmadığını deyən ana dərmanı yenidən istifadə etmək qərarına gəldiyini, əvəzində aptekdən sifariş verdiyi iynədən istifadə etdiyini bildirib.

İynəni özünə vurduqdan 15 dəqiqə sonra qan şəkəri ən təhlükəli həddə düşüb. Qadın huşunu itirərək övladları 13 yaşlı Kadi və 18 yaşlı Koenin gözü qarşısında yerə yıxılıb.

Həkimlər insanda qan səviyyəsinin belə təhlükəli həddə düşdüyünü ilk dəfə gördüklərini bildiriblər. Şəkər səviyyəsi təhlükəli həddə çatdığından onun daxili orqanları, xüsusən də ürəyi sıradan çıxıb.

Uzun müddət xəstəxanada müalicə olunduqdan sonra həkimlərin uzun zəhməti nəticəsində qadının orqanları əvvəlki funksiyalarına qayıdıb. Xəstəxanadan buraxılan Svord ölümdən qayıtdığını deyərək, insanlara bu cür dərmanları hər firmadan almamağı xəbərdar edib.

Gununsesi.info