İnternetin qiyməti qalxır? – Nazirlik: “Məsələyə baxıla bilər”

  • By admin
  • 02 Dekabr 2019 13:23
Azərbaycanda internetin qiymətinin artması ilə bağlı bəzi mətbuat səhifələrində məlumatlar yayılıb.

İddialara görə, gələn il internetin qiyməti qalxacaq.

Gununsesi.org-un məlumatına görə, Modern.az məsələni dəqiqləşdirmək üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinə müraciət edib.

Qurumun mətbuat katibi Günel Gözəlova sayta açıqlamasında qiymətlərdə dəyişiklik olmadığını bildirib:

“Hazırda bununla bağlı hər hansı yenilik, dəyişiklik yoxdur. Müvafiq instansiyalar gələn il aidiyyatı üzrə hər hansı təkliflə çıxış etsə, hər halda məsələyə baxıla bilər. Hazırda internetin qiymətinin qalxması məsələsi gündəmdə deyil”.

Gununsesi.org