
İnterpol Avropanın ən təhlükəli qadınlarını açıqlayıb.
Gununsesi.info xəbər verir ki, Avropa hakimiyyəti rəsmi olaraq Avropanın ən təhlükəli qadınlarını açıqlayıb. Hakimiyyət orqanları 62 cinayətkarın profilini paylaşaraq, vətəndaşlardan yardım istəyib.
Siyahı əsasən kişilərdən ibarət olsa da, siyahının başında dörd “təhlükəli” qanundan kənar qadın da var. Almaniyanın ən çox oxunan qəzetlərindən biri olan “Bild” bu dörd qadının tam profilini dərc edib və xəbərdarlıqlar edib.
“Bild” qəzeti “Bu qadınlarla yemək yeməyin” başlıqlı xəbərdə 4 qadın haqqında detalları paylaşıb.
23 yaşlı Marzia Marima Calleja Maatoukun Maltada narkotik alveri ilə məşğul olduğu bildirilərkən, 1.60 metr boyu olan Maatouk narkotiklə tutulub. Qollarında, əllərində və üzündə tatuajlar olan qadın narkotiklərin ona məxsus olduğunu və şəxsi istifadə üçün özü ilə apardığını iddia edib.
15 ay həbs və 3500 avro pul cəzasına məhkum edilən qadın yoxa çıxıb. Maltadan qaçan qadının harada olduğu bilinməsə də, əri Jomic Calleja Maatoukun da itkin düşdüyü bildirilib. Maatukun “qaranlıq şəbəkə”də sintetik narkotik və partlayıcı maddələr satdığı müəyyən edilib.
Slovakiyada yaşayan Eva Zamecnikova 2014-cü il yanvarın 24-də ərindən ayrılıb. Amma boşanmaqla deyil, killerin köməyi ilə… Çiçək alveri ilə məşğul olan Zamecnikova cinayəti olan şəxslə internet vasitəsilə 50.000 dollar müqabilində sövdələşib, ərinin ölümünü sifariş edib.
8 il müddətinə azadlıqdan məhrum edilən qadın 2014-cü ilin avqustunda doğum səbəbi ilə azadlığa çıxdıqdan sonra həbsxanaya qayıtmayıb və yoxa çıxıb.
İsveçli Tania Qomez haqqında “O, modellərə uyğundur” şərhinə yer verən “Bild” qəzeti 31 yaşlı gənc qadının mafiyaya yaxın olduğunu açıqlayıb. İnterpolun məlumatına görə, Qomez narkotik alveri ilə məşğul olan mafiyanın təhlükəli üzvüdür.
Qomezin 2021-ci ildən itkin düşdüyü açıqlanıb.
Avropada milyonlarla dollar və kilolarla narkotik daşıyan qadının “HundGarin” adlı ön heyvan hüquqları dərnəyindən istifadə etdiyi də qeydə alınıb. Gənc qadının narkotik alveri ilə yanaşı, çirkli pulların yuyulmasında da yardım etdiyi bildirilib.
Evinə basqın zamanı 500 min avrodan çox pul ələ keçirilərkən, gənc qadının 2021-ci ilin martından itkin düşdüyü də bildirilib.
Sloveniyada yaşayan 33 yaşlı Marina Kramberqer kifayət qədər uzun rekorda malikdir…
İnsanları aldadaraq itkin düşən gənc qadın İnterpolun “axtarılanlar” siyahısında birinci yerdədir.
2021-ci ildən axtarışda olan gənc qadın bir çox insanı aldatmaqda təqsirli bilinib. Avropa daxilində tez-tez səyahət edən və insanları aldadaraq cinayətlər törədən qadının daimi şərikinin olduğu da təxmin edilir.
Gununsesi.info