İnterpol “Crocus City Hall”da baş verən terror aktının araşdırılmasına dəstək verməyə hazırdır

  • By admin
  • 23 Mart 2024 11:48

İnterpol “Crocus City Hall”da mülki şəxslərə hücumun araşdırılmasında Rusiya hakimiyyətinə dəstək verməyə hazırdır.

Gununsesi.info xəbər verir ki, bu barədə İnterpolun Baş katibi Yurgen Ştok bildirib.

“Crocus City Hall”a hücumu qətiyyətlə pisləyirəm. Bu, günahsız insanlara qarşı dəhşətli bir hərəkətdir. İnterpol Rusiya hakimiyyətinə istintaqda dəstək verməyə hazırdır”, – o, “X” sosial şəbəkəsindəki hesabında yazıb.

 

Gununsesi.info