İnterpol daha bir azərbaycanlını axtarışa verdi

İnterpol daha bir azərbaycanlını axtarışa verdi

bayramov_interpol_191017

Azərbaycanda mənimsəmədə təqsirləndirilən daha bir şəxs beynəlxalq axtarışa verilib.

Gununsesi.info xəbər verir ki, 1976-cı il təvəllüdlü Nizami Bayramov mənimsəmədə ittiham olunub.

Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən N.Bayramov barəsində cinayət işi başlanılıb. Təqsirləndirilən şəxs istintaqdan yayınıb.

Azərbaycanın məhkəmə orqanı tərəfindən N.Bayramov haqqında həbs qətimkan tədbiri seçilib və onun saxlanılaraq istintaqa təhvil verilməsi barədə qərar çıxarılıb. İnterpol həmin qərar əsasında N.Bayramov barəsində beynəlxalq axtarış elan edib.

Gununsesi.info

COMMENTS