İnterpol daha bir azərbaycanlını axtarır – Foto

  • By admin
  • 17 Oktyabr 2017 22:47

interpol_091017 (1)
İnterpol xuliqanlıqda təqsirləndirilən azərbaycanlı barədə axtarış elan edib.

Gununsesi.info-nun Trend-ə istinadən məlumatına görə, 1987-ci il təvəllüdlü Xəyal Quliyev xuliqanlıqda təqsirləndirilir.

Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən X.Quliyev barəsində cinayət işi başlanılıb. X.Quliyev istintaqdan yayınıb.

Məhkəmə istintaqdan yayınan təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi və axtarışa verilməsi barədə qərar çıxarıb.

Məhkəmənin çıxardığı qərar əsasında X.Quliyev barəsində beynəlxalq axtarış elan olunub.

Gununsesi.info