İranin Trampın həbs tələbinə İnterpol-dan cavab

İnterpol İran hökumətinin ABŞ prezidenti Donald Tramp barəsində “qırmızı xəbərdarlıq”la axtarış elan etmək müraciətini qəbul etməyib.

Gununsesi.org “The National”a istinadən xəbər verir ki, bu barədə İnterpoldan bildiriblər.

Lakin İnterpol mövcud hüquqi qaydalara görə hər hansı müdaxilə və ya siyasi, hərbi, dini, yaxud irqi səciyyəli fəaliyyətləri üzərinə götürməsilə bağlı səlahiyyətinin olmadığını açıqlayıb.

Belə bir müraciətin İran tərəfindən gəlməsini təsdiqləməyən təşkilat belə bir şey olsa belə, onu yerinə yetirməyin qeyri-mümkün olduğunu diqqətə çatdırıb.

ABŞ-ın İran üzrə xüsusi elçisi Brayan Kuk sözügedən müraciətin təbliğat xarakterli olduğunu, heç kimin ciddi qəbul etmədiyini bildirib.

 

 

Gununsesi.org