İnterpol qanunsuz silahlı birləşmələrdə iştirak edən azərbaycanlını AXTARIR

  • By admin
  • 20 İyul 2020 11:13

Qanunsuz silahlı birləşmələrdə iştirak etməkdə təqsirləndirilən azərbaycanlı İnterpol xətti ilə axtarışa verilib. 

Gununsesi.org-un məlumatına görə, 1993-cü il təvəllüdlü azərbaycanlı Raman Salayev Rusiya hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilib.

R.Salayev qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham olunub və Rusiya hüquq-mühafizə orqanlarında onun barəsində cinayət işi başlanıb. İstintaqdan yayınan R.Salayev barədə Rusiya dövlətlərarası axtarış elan edib və saxlanılması üçün İnterpola müraciət olunub.

Gununsesi.org