İnterpol Qırğızıstan hakimiyyətinin tələbini rədd edib

  • Müəllif: Firuzə
  • 01 Noyabr 2025 10:28

İnterpol Qırğızıstan hakimiyyətinin müstəqil jurnalist barəsində beynəlxalq həbs orderi çıxarmaqla bağlı müraciətini rədd edib, bunu siyasi motivli adlandırıb.

Gununsesi.info-nun məlumatına görə, xəbəri jurnalistlərin araşdırma layihəsi olan OCCRP yayıb.

Qurum oktyabrın 30-da öyrənib ki, Qırğızıstan İnterpoldan “Kloop” müstəqil media orqanının həmtəsisçisi Rinat Tuxvatşin barədə “Qırmızı bildiriş” çıxarmasını xahiş edib. “Kloop” OCCRP-nin qlobal şəbəkəsində daxildir.

“Qırmızı bildiriş” üzv ölkələrdən axtarılan şəxsin mümkün ekstradisiya üçün saxlanılmasını tələb edir.

İnterpolun sözçüsü oktyabrın 31-də bildirib ki, Qırğızıstanın müraciəti qəbul olunsa da, rədd edilib.

Gununsesi.info