“İnterpol” rəhbəri məhkulara işgəncə verməkdə ittiham olunur

  • By admin
  • 19 Yanvar 2022 19:05

“İnterpol”un yeni rəhbəri, general Əhmər Nasir ər-Raisi Birləşmiş Ərəb Əmirliklərində çalışarkən məhkumlara qarşı insan ləyaqətini alçaldan hərəkətlərə yol verməkdə və işgəncə tətbiq etməkdə suçlanır.

Gununsesi.info xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “ABC News” kanalı məlumat yayıb.

Şikayət Fransanın Milli antiterror prokurorluğuna (PNAT) təqdim olunub. Zərərçəkənlərdən biri, Əhməd Mənsur adlı vətəndaş “İran körfəzi ölkələrində insan hüquqları mərkəzi” adlı qeyri-hökumət təşkilatının vasitəçiliyi ilə müvafiq ərizəni Fransanın hüquq-mühafizə orqanlarına çatdırıb.

Mərkəzin məlumatına əsasən, hazırda “İnterpol”un rəhbəri təşkilaıtın mənzil-qərargahının yerləşdyi Lion şəhərində çalışır. İrəli sürülən ittihamlar diplomatik toxunulmazlıq hüququnun tətbiq olunmasına yol vermir. Bu səbəbdən mərkəz araşdırmanın dərhal başladılmasını tələb edib.

 

Gununsesi.info