Bu barədə MX-nin mətbuat xidmətindən məlumat verilib.
Araşdırma zamanı qeyd edilən əcnəbilərin Azərbaycanda miqrasiya (olma və yaşama) qaydalarını pozduqları məlum olub.
Saxlanılmış Banqladeş vətəndaşı Saiful MD Islamın Azərbaycan ərazisindən istifadə etməklə İrana və oradan da Türkiyəyə keçiriləcəyi vədi ilə ölkəyə gətirildiyi və qanunsuz miqranta çevrilməsinə şərait yaradıldığı müəyyən edilib. Görülmüş qabaqlayıcı tədbirlər nəticəsində neqativ miqrasiya kanalının təşkil edilməsi cəhdinin qarşısı alınıb.
Miqrasiya qanunvericiliyinin tələblərini pozduğuna görə saxlanılan əcnəbilər müvafiq qaydada məsuliyyətə cəlb olunub və barələrində qərarlar qəbul edilib.
DMX qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirləri davam etdirir.