
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Xəzər rayonunda 1 nəfərin intihar etmək məqsədi ilə yüksək gərginlikli elektrik dirəyinə çıxması barədə məlumat daxil olub.
Gununsesi.info Nazirliyin saytına istinadən xəbər verir ki, dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınmış və vətəndaş aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 04:44-də başa çatıb.
Anar
Gununsesi.info