Bakıda çoxmərtəbəli binanın eyvanından düşən yeniyetmə vəfat edib.
Kliniki Tibbi Mərkəzin (KTM) Mətbuat xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, aprel ayının 1-də təcili olaraq reanimasiyaya yerləşdirilən 2006-cı il təvəllüdlü yeniyetmənin vəziyyəti olduqca ağır olub.
“Yeniyetmə reanimasiyaya açıq kəllə-beyin travması diaqnozu ilə yerləşdirilmişdi və intubasiya vasitəsilə nəfəs alırdı. Ölüm riski çox yüksək idi.
Təəssüflər olsun ki, tibbi imkanlarla onu yalnız iki gün həyatda saxlamaq mümkün olub. Olduqca ağır yaralanan yeniyetmə 3 aprel 2022-ci ildə xəstəxanada dünyasını dəyişib”, – məlumatda bildirilib.
Gununsesi.info