İntihar etmək istədi - BANKLARA BORCU VAR

  • By admin
  • 02 Oktyabr 2017 13:55

96862ad32379 (1)

Nizami rayonu, Qara Qarayev küçəsi 70 ünvanında Bəhram adlı şəxs intihara cəhd göstərmək istəyib.

Gununsesi.info-nun xəbərinə görə, intihar etmək istəyən şəxs beşmərtəbəli binanın blokunun pəncərəsinə çıxaraq, ona bu addımı atmaması üçün dilə tutanlara müxtəlif tələblər irəli sürüb.

O bildirib ki, əgər tələbləri yerinə yetirilməzsə itihar edəcək. İntihar etmək istəyən şəxs onu xilas etmək istəyənləri yaxınına buraxmır. Ona yaxınlaşan adamları uzaqlaşdırmaq üçün isə özü ilə götürdüyü ülgüclə qollarını doğrayıb.

Hazırda hadisə yerində olan polis əməkdaşları intihara cəhd edən şəxslə söhbət aparırlar. Məlub olub ki, həmin şəxsin banklara borcu var.

Gülnaz Qənbərli

Gununsesi.info