Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən Bakı şəhəri, Dənizkənarı Milli Park ərazisində 1 nəfər intihar məqsədi ilə özünü dənizə atmış və boğulmaq təhlükəsi ilə üzləşib.
Nazirlikdən Gununsesi.info-ya verilən məlumata görə, qurumun Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı xilas edərək aidiyyəti üzrə təhvil veriblər.
Qeyd edək ki, əməliyyat saat 11:00-da başa çatıb.
Anar
Gununsesi.info