İntihara əl atan məhbus ölüm aclığına başlayıb

  • By admin
  • 19 Oktyabr 2016 17:32

mehbus

 “Bakı İstintaq Təcridxanasında məhbus Telman Bayramov oktyabrın 19-dan  ölüm aclıq aksiyasına başlayıb”. Bu haqda gununsesi.info-ya məhbusun vəkili Bəhruz Bayramov məlumat verib.  Onun sözlərinə görə, ibtidai istintaq zamanı verilən vəsatətlər təmin edilib, lakin nəticə eyni qalıb: “Həmin cinayət işinin saxtalığı tərəfimizdən sübut olunsa da, yenə də iş məhkəməyə göndərilib. Baxmayaraq ki, hüquq-mühafizə orqanlarına 200-dən çox müraciət etmishdik. Bu müraciətlərdə müvəkkilimə qarşı edilən haqsızlıqlar və onun özünə qəsd etməsiylə bağlı məlumalarda öz əksini tapmışdı. Qeyd edim ki, Penitensiar Xidmətin əməkdaşlarının müdaxiləsi nəticəsində onun həyatı xilas edilmişdi. Bu haqda Suraxanı Rayon Prokurorluğunda araşdırma da aparılmışdı, lakin  buna baxmayaraq, Yasamal rayonPolis İdarəsinin İstintaq Şöbəsi həmin maddəylə cinayət işini məhkəməyə göndərir. Bu səbəbdən də haqsızlığa etiraz edən T.Bayramov ölüm aclığına başlamağa qərar verib. Baxmayaraq ki, istintaq zamanı müdafiə tərəfi olaraq, sübut etdik ki,  həmin cinayət işi saxta və qurama ittiham və sübutlardan ibarətdir. Təəssüf ki, yazdığımız şikayətlər və vəsatətlər təmin olunmasına, müvəkkilimin günahsizlığını sübut etməyimizə baxmayaraq,  nəticə də bunların işə xeyri olmadı.  Hazırda  müvəkkilimin həyatı təhlükədədir. Çünki ədalət bərqərar olmayınca, Telman Bayramov ölüm aclığından geri durmaq niyyətində deyil”-, deyə o bildirib.

Gülnaz Qənbərli

Gununsesi.info