İntihara cəhd edən jurnalistlə bağlı araşdırma başlayıb

  • By admin
  • 01 Mart 2023 09:08

İki gün əvvəl məhkəmə orqanlarında üzləşdiyi haksızlığa görə, intihara cəhd edən “Azərtac”ın keçmiş əməkdaşı Aygün Əliyeva ilə bağlı prokurorluq orqanlarında araşdırma başlanıb.

Bu barədə Gununsesi.info-ya Aygün Əliyevanın vəkili Bəhruz Bayramov bildirib.

Onun sözlərinə görə, prokurorluqda onun intihar səbəbi ilə bağlı müvafiq araşdırma aparılır və yaxın zamanlarda hüquqi nəticəsi bəlli olacaq.

Qeyd edək ki, jurnalist Ali məhkəmədə ədalətsiz qərarla üzləşəcəyi təqdirdə bir neçə gün əvvəl intihar edəcəyini yazmışdı. O məhkəmələrdən işdən qanunsuz kənarlaşdırılması və batmış əmək haqqının ona ödənilməsini tələb edirdi.

Gununsesi.info