İntihara cəhdin qarşısı alınıb

  • By admin
  • 11 İyul 2022 09:14

Gəncə şəhərində 1 nəfər çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsinin eyvanına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Gununsesi.info