Meyxanaçı İntiqam və Ehtiram Rüstəmov qardaşları Xəzər TV-də yayımlanan “5/5” verilişinin qonağı olublar.
Gununsesi.info-nun axsam.az-a istinadən verdiyi məlumata görə, qardaşlar özləri ilə bağlı etiraf ediblər.
Meyxanaçılar bildirib ki, uzun müddətdir efirdə görünməmələrinin səbəbi küsülü olmaları imiş. İntiqam qardaşının onun sözünə baxmadığını və mübahisəyə də bunun səbəb olduğunu deyib:
“Bir-birimizi düzgün başa düşmədik. Aramızda əsas aparıcı qüvvə mənəm. Bir-iki sözlər var idi, aramızı vurdu. Layihələr var idi, üzərində çalışmalıydıq. Ehtiram çalışmadı, mən tək işlədim, çəkildi kənara. Üç ay etmədi, sonra amma elədi. Çəkişməsən bərkiməzsən”.
E.Rüstəmov isə Azərbaycandan getdiyini söyləyib: “İntiqam mənim həm qardaşım, həm də prodüserimdir. Aramızı bir-iki meyxanaçı vurmuşdu”.
Gununsesi.info