İNTİQAMI AĞIR OLDU: Qadınlar birləşib onları aldadan kişini şillə-təpiyin altına saldılar / VİDEO

  • By admin
  • 11 Yanvar 2023 17:37

Sosial mediada paylaşılan görüntülər insanlar arasında böyük maraq oyandırıb.

 

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, həm həyat yoldaşını, həm də sevgilisini aldadan kişi xanımların qəzəbinə tuş gəlib.

Bu aldatma əməli çox keçmədən onun yaxalanmasına gətirib çıxarıb.

Ev xanımının və sevgilisinin onu izləməsindən xəbərsiz olan kişi başqa bir qadına yaxınlaşıb. İkitərəfli xəyanəti ortaya çıxan adama qarşı qadınlar intiqam üçün güclərini birləşdirərək hücum çəkiblər. Onlardan biri xəyanətkar adamın qollarını tutub, digər isə şillə-təpiyin altına salıb.

Özünü qoruya bilmədiyi üçün üzündən sərt zərbələr alan adamın görüntüsü qısa zamanda trendə çevrilib.

İzləyicilərin şiddətli şərhlərini alan intiqam videosu:

 

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info