Milli Məclisin İntizam Komissiyasının iclası keçirilib.
İclas barədə məlumatı Gununsesi.info-nun əməkdaşı ilə söhbətində adıçəkilən Komissiyanın sədri, deputat Ağacan Abiyev təsdiqləyib.
Komissiya sədri bildirib ki, iclas deputat Astan Şahverdiyevin “Azadlıq” radiosuna verdiyi müsahibədə işlətdiyi ifadələr ilə bağlı olub. “Astan Şahverdiyev özü də iclasa dəvət edilmişdi. İclasda ona deputata layiq olmayan ifadələr işlətdiyi diqqətinə çatırılaraq xəbərdarlıq edilib. Bu hərəkətinə görə isə xalqdan üzr istənilməsi tövsiyə olunub”- deyə, A.Abiyev vurğulayıb.
A.Abiyev onu da əlaəv etdi ki, A.Şahverdiyev özü də səhvini etiraf etdi. “O, bu hərəkətin görə Azərbaycanda və dünyada yaşayan bütün azərbaycanlılardan üzr istədi”.
Gununsesi.info