Hazırda Yaponiyanın “Vissel Kobe” klubunda çıxış edən Andres İnyesta İspaniya “Barselona”sına qayıtmaq istəyir.
Gununsesi.info-nun məlumatına görə, bu barədə 38 yaşlı yarımmüdafiəçi yerli mətbuata açıqlama verib.
İspaniyalı oyunçu böyük məmnuniyyətlə yenidən Kataloniya təmsilçisinin formasını geyinə biləcəyini söyləyib: “Kluba kömək etmək istərdim. Amma gələcəkdə nə olacağını söyləmək çətindir. “Barselona” mənim evimdir. Mənə heç bir yer oradakından yaxşı olmayacaq”.
Qeyd edək ki, Andres İnyesta 2002 – 2018-ci illərdə “Barselona”da çıxış edib.
Gununsesi.info