İnzibati protokolla şahid ifadələri ziddiyət təşkil edir -TOFİQ YAQUBLUNUN VƏKİLİ

  • By admin
  • 23 Dekabr 2022 22:15

Bu gün Bəxtiyar Hacıyevə azadlıq tələbi ilə keçirilən aksiyada saxlanılan müxalif lider Tofiq Yaqublu barəsində 30 sutka həbs qərarı çıxarılıb.

Siyasətçinin vəkili Nemət Kərimli Gununsesi.info-ya açıqlamasında Səbail Məhkəməsinin bu qərarını şərh edib:

“Bu gün Tofiq bəyə qarşı inzibati xəta ilə bağlı keçirilən məhkəmədə onun saxlandığı yer barədə protokolda bir ərazi, şahidlər isə başqa-başqa yerləri bildirdilər. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs isə Tofiq bəydən və onu saxlayan şəxslərdən izahat almamış, sadəcə aktda yazılanlara əsasən onu tərtib edib, məhkəmədə isə video baxışa ehtiyac görmədilər. Amma hakim 30 gün inzibati qayda da həbs seçdi”.

Günay Təhməzova

Gununsesi.info