İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilində Cenin, Beytüllahim və Ramallah şəhərlərinə basqınlar həyata keçirib.
Gununsesi.info xəbər verir ki, Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın məlumatına görə, basqınlar zamanı 10 fələstinli saxlanılıb.
Şahidlərin sözlərinə görə, Cenin və eyniadlı qaçqın düşərgəsində buldozerlər Fələstinin əmlakına ziyan vurub.
Cenin şəhərinin bir neçə məhəlləsində fələstinlilərlə İsrail əsgərləri arasında qarşıdurma baş verib. İsrail ordusuna məxsus PUA-lar şəhər üzərində kəşfiyyat uçuşları həyata keçirib.
Bir gün əvvəl İsrail qüvvələri İordan çayının qərb sahilində 26 fələstinlini saxlamışdı.
Bununla da 2023-cü il oktyabrın 7-dən etibarən İordan çayının qərb sahilində və Şərqi Qüdsdə saxlanılan fələstinlilərin sayı 5780-dən çox olub.
Oktyabrın 7-dən bəri işğal altındakı İordan çayının qərb sahili və Qüdsdə İsrail qüvvələrinin və qeyri-qanuni yəhudi məskunlaşanların hücumları nəticəsində 341 fələstinli həlak olub.
Gununsesi.info