İordaniya şahzadəsi II Əl-Hüseyn ata olacaq.
Gununsesi.info xəbər verir ki, bu barədə kral ailəsi sosial şəbəkələrdə məlumat yayıb.
“Əlahəzrətləri Vəliəhd Şahzadə II Əl-Hüseyn bin Abdullah və Şahzadə Rəcva Əl-Hüseynin bu yay ilk uşaqlarının dünyaya gəlməsini gözlədiklərini elan etməkdən məmnunuq”, – məlumatda bildirilir.
Qeyd edək ki, cütlük 2023-cü ilin iyun ayında dəbdəbəli mərasimlə evlənib.
Gununsesi.info