İordaniyanın paytaxtı Əmmanda qocalar evində yanğın baş verib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, baş verən yanğında 6 nəfər ölüb, 60 nəfər yaralanıb.
İordaniyanın rəsmi xəbər agentliyinin məlumatına görə, yanğınla bağlı sosial inkişaf naziri Vefa Beni Mustafa məlumat verib.
Beni Mustafa yanğının 111 nəfərin qaldığı özəl qocalar evinin birinci mərtəbəsində baş verdiyini, 6 nəfərin həyatını itirdiyini, 5-i ağır olmaqla 60 nəfərin yaralandığını, yaralıların isə xəstəxanalara və digər qocaların xəstəxanalara aparıldığını bildirib.
Nazir Beni Mustafa qeyd edib ki, yanğının səbəbləri ilə bağlı araşdırmalar davam edir.
Orxan Saffari