“İosif Stalinə çox bənzəyirəm” - NİKOLAS MADURO

  • By admin
  • 18 Sentyabr 2017 14:54

08

Venesuela prezidenti 54 yaşlı Nikolas Maduro xarici görünüşünə görə Sovet İttifaqının lideri mərhum İosif Stalinə çox bənzədiyini etiraf edib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda prezident yerli “VTV” kanalında yayımlanan “Maduro ilə bazar günü” proqramında çıxışı zamanı bildirib.

Prezident qeyd edib ki, dünyada elə insanlar var ki, onun Karib regionunun İosif Stalini hesab edir: “Profildən mənə baxın, mən aynada da baxıram özümə. Mənə elə gəlir ki, İosif Stalinə çox bənzəyirəm”, – deyə N.Maduro əlavə edib.

Xatırladaq ki, N.Maduro 2015-ci ildə də İosif Stalinə çox bənzədiyini deyib: “Mənim bığım Adolf Hitleri məğlub edən İosif Stalininin bığı ilə eynidir”.

Anar

Gununsesi.info