Sentyabrın 23-də satışa çıxarılan “İPhone 7”-ni əldə etmək istəyənlərin uzun-uzadı növbəyə dayanıblar. Apple markasına daxil olan “İPhone 7”-nin almaq istəyənlərin uzun-uzadı növbəsi sosial şəbəkələrdə ciddi rezonansa səbəb olub.
Gununsesi.info “lenta.ru”-ya istinadən xəbər verir ki, Moskvada iPhone 7-ni əldə etmək istəyənlərin uzun növbəsi şəhər əhalisəndə və ölkə ictimaiyyətində ciddi müzakirələr yol açıb.
Belə ki, Moskvanın QUM ticarət mərkəzində satışa çıxarılan iPhone 7 və iPhone 7 Plus əldə etmək üçün 500-ə yaxın insan növbəyə dayanıb. Ən qəribəsi odur ki, həvəskarlar növbəyə bir gün öncə saat 20.00-dan etibarən növbə tutmağa başlayıblar.
Hətta satış zamanı öz növbəsini bir neçə on mi rubla satan insanlar da olub.
Satışa çıxarılan iPhone 7 və iPhone 7 Plus modelləri həvəskarları tərəfindən 3 saat müddətində alınıb.
iPhone 7 və iPhone 7 Plus modellarının az sayda satışa çıxarılması alıcılar tərəfindən ciddi narazıçılığa və mübahisələrə səbəb olub.
Gununsesi.info