“iPhone” formalı silah tapıldı

Avstraliyanın Mandurah şəhərində bir evə basqın edən polis çoxlu sayda silah və narkotik maddə, həmçinin “iPhone” formasında silah tapıb

Gununsesi.info  xəbər verir ki, Qərbi Avstraliya polisinin hadisə ilə bağlı verdiyi açıqlamada silah və narkotik ticarəti ilə məşğul olan 31 yaşlı bir şəxsin də nəzarətə alındığı bildirilib.

Polis əməliyyat çərçivəsində “iPhone” şəklində silahın da ələ keçirildiyini bildirib.

Telefona bənzər silahın atəş edib-etmədiyini öyrənmək üçün ballistik sınaqlara göndərildiyi bildirilib.

Gununsesi.info