
“iPhone” smartfonlarını daha da sürətləndirmək mümkündür
“iPhone”unuzun artıq əvvəlki kimi sürətli işləmədiyini düşünür və ləngliyindən şikayətçisinizsə sizin üçün hazırladığımız bu xəbəri oxuyun.
Məsələn, telefonunuzu uzun müddət söndürüb-açmamış olmanız, onun yavaş işləməsinə səbəb ola bilər.
Lazımsız şəkillərdən xilas olun – Yüzlərlə şəkli telefonunuzda saxlamaq əvəzinə onları “iPhoto” ilə arxivləyə və ya “iCloud” ilə internetdə saxlaya bilərsiniz. Beləliklə lazımsız şəkillərdən də xilas olmuş olarsınız
Lazımsız tətbiqetmələri (application) silin – Bir vaxtlar önəm verdiyiniz, ancaq indi istifadə etmədiyiniz tətbiqetmələri silin və beləliklə telefonunuzun daxili yaddaşında boş yer yaradın.
Köhnə mesajları silin – Mesajlarınızın sayı artdıqca telefonunuz da eyni dərəcədə yavaşlayacaq. Ona görə də saxlanması lazım olmayan mesajlarınızdan telefonunuzu xilas edin.
Gununsesi.info