“iPhone X”in istehsalı dayandırılır

  • By admin
  • 22 Yanvar 2018 14:40

“KGI Securities” şirkətinin analitiki Ming-Chi Kuo “iPhone X”in istehsalının cari ilin yazında dayandırılacağını bəyan edib. 

Gununsesi.info xəbər verir ki, bundan əvvəl sadəcə “iPhone 5C”nin istehsalı dayandırılıb.

Bu, telefonun satış rəqəmlərinin aşağı olmasından irəli gəlib.

İstehsalın dayandırılmasının səbəbi isə Çindir. Belə ki, çinlilər “iPhone X”i bəyənməyiblər və “iPhone 8 Plus” almağa üstünlük verirlər.

“iPhone X”in satışı 87,6 faiz azalıb. Bununla belə, “Apple”ın satışları artıb.

Gununsesi.info