2021-ci ilin yeddi ayı ərzində İpoteka Kredit Zəmanət Fondunun xətti ilə 3 445 ailə ipoteka krediti hesabına mənzil şəraitini yaxşılaşdırıb.
Fonddan Gununsesi.info-ya verilən məlumata əsasən, bu dövrdə müvəkkil banklar tərəfindən 3 445 ailəyə 230 500 000 manat məbləğində ipoteka krediti verilib.
Kreditlərin 153 600 000 manatı adi ipoteka kreditlərinin (2 040 ədəd), 76 800 000 manatı isə güzəştli ipoteka kreditlərinin (1 405 ədəd) payına düşüb.
2006-cı ildən bu günədək fondun vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin ümumi məbləği 1 882 000 000 manatdan çox, bu kreditlər hesabına öz yaşayış şəraitini yaxşılaşdırmış ailələrin sayı isə 35 112 olub. Kreditlərin 625 000 000 manatdan çox hissəsini (12 150 ədəd) güzəştli kateqoriyalara aid şəxslərə verilmiş kreditlər təşkil edir.
Borcalanların iş yerlərinə görə pay bölgüsünə əsasən, onların 50 faizədək hissəsini özəl sektorda çalışanlar təşkil edib. İpoteka kreditlərindən faydalananların 70 faizə yaxını gənclər və gənc ailələrdir.
Ötən müddət ərzində ipoteka kreditləşməsi hesabına alınan yaşayış sahələrinin orta qiyməti 81 100 manat, orta kredit məbləği 55 900 manat, orta illik faiz dərəcəsi isə 6,3 faiz təşkil edib.
Gununsesi.info