İpoteka kreditlərinə dair müraciətlərin qəbuluna BAŞLANILIR

  • By admin
  • 31 Yanvar 2023 14:26

Fevralın 1-də saat 10:00-dan Azərbaycanda adi ipoteka kreditləri, fevralın 2-də, saat 10:00-dan isə güzəştli ipoteka kreditləri üzrə müraciətlərin yenidən qəbuluna başlanılacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə İpoteka, Kredit və Zəmanət Fondu məlumat yayıb.

Məlumata görə, “Elektron ipoteka və kredit zəmanət” sistemindən istifadənin daha da asanlaşdırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə əlavə tədbirlər görülüb.

İpoteka kreditlərinin verilməsi şərtləri və güzəştli ipoteka kreditlərindən faydalana biləcək şəxslərin siyahısı barədə məlumatları Fondun internet səhifəsindən (www.mcgf.gov.az/menu/46) əldə etmək olar.

Gununsesi.info