Məhkəməyə müraciət edilmədən ipoteka predmetinin satışı yeni qaydada həyata keçiriləcək.
Gununsesi.info xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı “İpoteka haqqında” qanuna dəyişiklikdə əksini tapıb.
Buna müvafiq olaraq hərracların keçirilməsi qaydası, hərracın baş tutmaması, hərracın etibarsız sayılması ilə bağlı müddəalar qanundan çıxarılıb.








