İpotekada olan mənzil boşananlar arasında necə bölünür? - Hüquqşünas

  • Müəllif: Orxan
  • 29 Yanvar 2026 11:35

Boşanma zamanı yaranan problemlərdən biri də əmlak bölgüsüdür.

Daha dəqiq, problemlər adətən ipotekada olan əmlak üçün olur.

Maraqlıdır, sözügedən proses necə nizamlanır?

Bu barədə Gununsesi.info-ya hüquqşünas Şamil Paşayev danışıb.

O bildirib ki, boşanma zamanı ipotekadan geriyə qalan məbləğ müvafiq qaydada hər iki tərəf tərəfindən bərabər şəkildə ödənilməlidir:

“Bəzi hallarda tərəflərdən biri, məsələn qadın bu borcu ödəməkdən imtina edə bilər. Bu halda kişi olunmuş ödənişlərin 50%-ni qadına qaytarmalıdır. Bundan sonra ödənişi yalnız kişi etməli və sonda ev ona qalmalıdır. Əgər kişi qadına bu pulu ödəməkdən boyun qaçırarsa, məhkəmə mənzildən qadına həmin məbləğə müvafiq pay verməlidir. Eyni zamanda onlar məhkəmə yolu ilə mənzili satışa da çıxara bilərlər. Bu zaman qadının payı satışdan əldə edilən məbləğdən ona ödənilir”,- deyə o bildirib.

Orxan
Gununsesi.info