
Ötən il ölkənin ipoteka kreditləşməsinə 367 milyon manat yönəldilib.
Gununsesi.info bunu Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Qeyd edək ki, həmin vəsaitin 50 milyonu dövlət büdcəsi hesabına, 203 milyon manatı banklar tərəfindən daşınmaz əmlaka yönəldilən kreditlərdir. 114 milyon manatlıq kredit isə təkrar ipotekadan əldə olunan vəsaitlərdir ki, yenidən dövriyyəyə buraxılıb.
Yeri gəlmişkən, 2016-ci illər müqayisədə ipoteka kreditləşməsinə yönələn kapitalın həcmi 4.3 dəfə artıb. Belə ki, sözügedən ildə cəmi 85.5 milyon manatlıq kreditləşmə həyata keçirilib ki, bunun da 84,5 milyonu Dövlət İpoteka Fondunun vəsatləri hesabına həyata keçirilib. 2016-ci ildə kommersiya bankları tərəfindən daşınmaz əmlaka yönəldilən kapital son illərin ən minimum həddində olub.
Vüsalə
Gununsesi.info