“İqlim dəyişikliyi yarada biləcək texnoloji silahları var: Rusiya, Fransa, Çin, ABŞ”

  • By admin
  • 11 İyun 2016 12:49

ekoloq Telman Zeynalov

“Onlar bu texnoloji silahlar vasitəsi ilə dünya ölkələrinin iqtisadiyyatını zəiflətməklə özlərindən asılı vəziyyətə salırlar”. Bu fikri Gununsesi.info-ya Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri, ekoloq Telman Zeynalov deyib.

Son dövrlərdə dünyada baş verən təbii proseslərin qlobal iqlim dəyişikliklərinə bağlamaq fikrinə mövqeyini açıqlayan ekoloq deyib ki, bunlar məqsədyönlü olaraq ortaya atılan fikirlərdir. “Bu gün dünyada qlobal iqlim dəyişiklikləri ilə bağlı deyilən fikirlər cəfəngiyatdır. Sadəcə, bu yolla beynəlxalq güclər dünyanı idarə etməyə çalışırlar. Çünki bu güclərin əlində iqlim dəyişikliyini yarada biləcək texnoloji silahları var. Bu silahlardan istifadə etməklə dünyanın müxtəlif bölgəsində süni qaydada təbii fəlakət yaradırlar. Ya güclü yağıntılarla və yaxud da isti havalarla müşaiyət olunan hava şəraiti yaradırlar ki, bu da nəticədə ciddi problemlərə gətirib çıxarır. Məsələn, havanın kəskin şəkildə iki gündən bir dəyişməsi normal hal deyil. Bu təbii hal da deyil. Bu, süni yolla həyata keçirilən hadisədir. Bir də görürsən ki, kənd təsərrüfatı məhsullarının yetişdiyi bir vaxtda ölkə ərazisində mütəmadi leysan yağır, dolu düşür, yetişən məhsullar məhv olur. Yaxud uzun müddət quraqlıq olur. Elə bilrisiniz bunlar təbiət hadisəsidir? Yox! Bunlar bəzi xarici ölkələr tərəfindən süni yolla həyata keçirilir”, – deyə o bildirib. Ekoloq onu da əlavə edib ki, bu gün 20-30 ildən sonra dünyada su qıtlığı ilə bağl səsləndirilən fikirlər də məhz bu niyyətlərə xidmət edir. “Belə fikirləri dövriyyə buraxmaqla əslində dünyanı buna hazırlayırlar”, – deyə o bildirib. T. Zeynalov qeyd edib ki, bu gün dünyada ABŞ, Çin, Rusiya, Fransa və digər ölkələrdə belə iqlim dəyişikliyi yaradan texnoloji silhlar var: “Onlar bu texnoloji silahlar vasitəsi ilə dünya ölkələrinin iqtisadiyyatını zəiflətməklə özlərindən asılı vəziyyətə salırlar.”

Mürtəza Bünyadlı