
“Bu həftə Avropa Birliyinin aparıcı ölkələrində sənaye istehsalı üzrə iyun ayının yekunları elan edildi. Gözlənilənlərin əksinə olaraq Almaniyada sənaye istehsalı bu ilin birinci yarım ilinin son ayında 1.1 faiz aşağı düşüb”.
Gununsesi.info xəbər verir ki, bu haqda iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.
V.Bayramov qeyd edir ki, həmin ay üçün 0.2 faiz artım proqnozlaşdırılırdı. “Almaniya sənayesindəki azalma xəbəri avronun məzənnəsinə da təsirsiz ötüşmədi. Ötən həftələr artan templə məzənnəsi dəyişin avropa pulunun kursu bu həftə müəyyən qədər aşağı düşdü”-ekspert vurğulayır.
Ona görə, sabah İspaniyada sənaye istehsalı üzrə göstərici elan olunacaq: “Bu göstərici də neqativ olarsa o zaman avronun məzənnəsinə daha ciddi təsirlər ola bilər”.
Vüsalə
Gununsesi.info