İqtisadi artım 3.1 faiz aşağı düşüb

  • By admin
  • 16 Sentyabr 2016 10:50

ticaret-balanci

2016-cı ilin yanvar-avqust aylarında ölkədəümumi daxili məhsul (ÜDM) istehsalı 3.1 faiz azalıb.

HTML tutorial

Gununsesi.info Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin 8 ayında müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 38 milyard manatlıq məhsul istehsal edilib.

Komitənin məlumatına görə, azalmanın əsas səbəbi tikinti sektorunda istehsalın keçən ilin eyni dövrü ilə müqayisədə 32,3 faiz azalması olub. Əlavə dəyərin 38 faizi sənayedə, 11,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 9,4 faizi tikinti, 6,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,9 faizi informasiya və rabitə, 16,4 faizi isə digər sahələrdə istehsal edilmişdir. Məhsula və idxala xalis vergilər ÜDM-in 7,3 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 3953 manata bərabər olub.

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi diblyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1 faiz çox sənaye məhsulu istehsal edilib.

Məlumatda bildirilir ki, neft hasilatı 1,1 faiz artsa da, əmtəəlik qaz hasilatı isə 0,8 faiz azalıb.

Vüsalə RÜSTƏMOVA

Gununsesi.info